"Misli" və Peşəkar Futbol Liqasının birgə keçirdiyi "Ayın qolu" layihəsinin çərçivəsində mart ayının ən yaxşı qolunun müəllifi olan Tellur Mütəllimov mükafatlandırılıb.
Fanat.Az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXI turunun "Sabah" – "Səbail" görüşündən əvvəl baş tutub.
Futbolçuya mükafatı Misli Premyer Liqasının əvvəl "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.