İtaliya A Seriyasında 33-cü tur start götürüb.
Fanat.Az xəbər verir ki, açılış günündə 3 oyun baş tutub.
“Komo” “Leççe” səfərində 3 xalı 3 qolla qazanıb. “Montsa”nın qonağı olan “Napoli” ilə “Verona”nı qəbul edən “Roma” isə yeganə qolla qələbəyə seviniblər.
İtaliya A Seriyası
33-cü tur
19 aprel
Leççe – Komo 0:3
Qollar: Diao, 33; 90+1. Qoldaniqa, 84.
Montsa – Napoli 0:1
Qol: Maktominey, 72.
Roma – Verona 1:0
Qol: Şomurodov, 4.
20 aprel
17:00. Empoli – Venesiya
20:00. Bolonya – İnter
22:45. Milan – Atalanta
21 aprel
14:30. Torino – Udineze
17:00. Kalyari – Fiorentina
20:00. Cenoa – Latsio
22:45. Parma – Yuventus