İspaniya La Liqasında aprel ayının ən yaxşı məşqçisi seçilib.
Fanat.Az xəbər verir ki, "Espanyol"un baş məşqçisi Manolo Qonsales bu nominasiyada mükafata sahib çıxıb.
Məlumatı La Liqanın mətbuat xidməti yayıb.
46 yaşlı mütəxəssis səsvermədə Dieqo Simeone (“Atletiko Madrid”) və Karlos Korberanı (“Valensiya”) qabaqlayıb.
“Espanyol” apreldə Qonsalesin rəhbərliyi altında ardıcıl olaraq “Rayo Valyekano” (4:0), “Selta” (2:0) və “Xetafe”ni (1:0) məğlub edib.
"Espanyol" hazırda La Liqanın turnir cədvəlində 13-cüdür.