Azərbaycan I Liqasında çıxış edən MOİK klubunda məşqçi təyinatı reallaşıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Aleksandr Qross məşqçilər korpusuna cəlb olunub.
O, ordu klubunda baş məşqçi Elnur Əliyevin köməkçisi təyin olunub.
Qeyd edək ki, Aleksandr Qross futbolçu karyerası ərzində Bakı "İnter"ində, "Sumqayıt" və "Neftçi"də çıxış edib, U-15, U-17, U-19 və U-21 millilərimizə dəvət alıb. Məşqçi kimi isə "Sabah", "Neftçi" klublarının aşağı yaş qruplarında çalışıb. Qrossun son iş yeri U-18 (2008-ci il təvəllüdlülər) millisində olub. O, İlham Yadullayevin məşqçi korpusunda yer alıb.
Aleksandr Qross son olaraq Pro kateqoriyalı məşqçilik kursuna da qatılıb.
Mirağa