UEFA-nın Türkiyədə nümayəndəliyi fəaliyyətə başlayacaq.
Fanat.Az xəbər verir ki, bu gün İstanbulda nümayəndəliyin açılış mərasimi keçiriləcək.
AFFA-nı tədbirdə icraçı vitse-prezident Sərxan Hacıyev təmsil edəcək.
Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, UEFA rəhbəri Aleksander Çeferin və bir neçə federasiya rəhbərlərinin iştirakı gözlənilir.