İngiltərə Premyer Liqası tarixinin ən yaxşı hücumçularının reytinqi açıqlanıb.
Fanat.Az xəbər verir ki, siyahını "Give Me Sport" dərc edib.
Reytinq tərtib edilərkən aşağıdakı meyarlar nəzərə alınıb: yüksək diviziondakı qollar, fərdi nailiyyətlər, Premyer Liqa çempionluğu, forvardın klubları üçün əhəmiyyəti.
Birinci yeri “Arsenal”ın keçmiş hücumçusu Tyerri Anri (175 qol) tutub. İkinci yerdə Premyer Liqa tarixinin bombardiri Alan Şirer (260 qol) qərarlaşıb. İlk "üçlüy"ü Ueyn Runi (208 qol) tamamlayıb.
İlk "10-luq"da Harri Keyn (213 qol), Serxio Aquero (184 qol), Erik Kantona (70 qol), Dennis Berqkamp (87 qol), Endi Koul (187 qol), Didye Droqba (104 qol) və Luis Suares (69 qol) qərarlaşıb.
Mirağa