İspaniyanın "Real Sosyedad" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yayda vakant olacaq post Serxio Fransisko tapşırılacaq.
Bu barədə bask klubunun mətbuat xidməti məlumat yayıb.
Sosyedadlılar cümə axşamı, aprelin 24-də rəsmi məlumat yayaraq 2018-ci ildən əsas komandaya rəhbərlik edən İmanol Alquasilin cari mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb.
46 yaşlı mütəxəssis 2017-ci ildən "Real Sosyedad" sistemində çalışır. O, əvvəlcə klubun üçüncü komandası olan "Real Sosyedad C"-yə başçılıq edib. 2022-ci ildən isə İspaniya çempionatının üçüncü divizionunda çıxış edən əvəzedici komanda ilə işləyir.
"Real Sosyedad" hazırda İspaniya La Liqasının turnir cədvəlində 10-cu yerdədir və hələ də avrokuboklara vəsiqə qazanmaq şansını saxlayır.
Mirağa