Misli Premyer Liqasının 32-ci turunda "Zirə"ni qonaq edən "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçla bağlı belə danışıb:
"Oturuşmuş heyəti olan komandaya qarşı oynadıq. Yaxşı mübarizə apardıq. Qol epizodlarımız da var idi. Fərqlənmək üçün xırda məqamlar çatmadı. Komandamdan razıyam. "Zirə"ni təbrik edirəm.
Hakimlik barədə danışmaq istəmirəm. Amma hakim gəlib "əlini aşağı sal" deyirsə, bu mənim üçün böyük sualdır. Dördüncü hakimdən danışıram. Düzü, bu davranışı başa düşmədim".
Mirağa