İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində bazar günü “Tottenhem”lə qarşılaşan “Liverpul” hotspurluları növbəti dəfə böyük hesabla (5:1) yenərək çempionluğunu rəsmiləşdirdi.
Fanat.Az xəbər verir ki, qarşılaşma həm də 129 illik rekordun təkrarlanması ilə əlamətdar olub.
"Opta"-nın məlumatına görə, "Liverpul" bir mövsümdə eyni rəqibin qapısına vurulan qolların ümumi sayına görə şəxsi rekordunu təkrarlayıb. Mersisaydlılar bu mövsüm London klubu ilə dörd qarşılaşmada (iki Liqa Kuboku matçı daxil olmaqla) ümumilikdə 15 qol vurublar. Əvvəllər yalnız "Roterhem" "Liverpul"dan bu qədər çox qol buraxıb. Söhbət 1895/96 mövsümündən gedir.
Arne Slotun komandası “Tottenhem”lə əvvəlki oyunlardan ikisində 4:0 və 6:3 hesabı ilə qalib gəlib, birində isə 0:1 hesablı məğlubiyyətlə üzləşib.
Mirağa