Müqavilə ilə “Çelsi”yə məxsus olan, “Nottingem Forest”də çıxış edən vinger Kallum Hadson-Odoi sərgilədiyi performansla nəhəng klubların transfer hədəfinə çevrilib.
Fanat.Az xəbər verir ki, ingilis oyunçu ilə İtaliyanın "Roma" və "Napoli" klubları ciddi maraqlanır.
Məlumatı “Fichajes” yayıb. Mənbənin məlumatına görə, "meşəbəyilər" Hadson-Odoiyə olan marağa tez cavab vermək məcburiyyətindədirlər. Buna görə də klub oyunçunun nümayəndələri ilə görüşərək 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilənin müddətinin uzadılması yönündə danışıqlara başlayıb. Məqsəd növbəti transfer pəncərəsində onun mümkün gedişinin qarşısını almaq və aparıcı hücumçunu heyətdə saxlamaqdır.
Kallum bu mövsüm "Nottingem Forest"in heyətində bütün turnirlərdə 33 matça çıxaraq 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa