"Real Madrid"in müdafiəçisi Antonio Rüdiger əməliyyat olunacaq.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, bir neçə aydır sol dizindəki ağrılardan əziyyət çəkən alman müdafiəçinin əməliyyat olunması zərurəti yaranıb. 32 yaşlı futbolçunun hansı müddətə sıradan çıxdığı dəqiqləşdirilməyib.
Qeyd edək ki, Rüdiger cari mövsüm "Real"ın forması ilə bütün turnirlərdə 49 matça çıxaraq 3 qol vurub, 1 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Təcrübəli müdafiəçinin transfer dəyəri 24 milyon avro olaraq qiymətləndirilir.
"Real" növbəti oyununu mayın 4-də İspaniya La Liqasının 34-cü turu çərçivəsində "Selta"ya qarşı keçirəcək.