Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, hər iki matç eyni gündə baş tutub.
“Tottenhem” öz meydanında “Budyo Qlimt”i inamla yenərək ciddi üstünlük qazanıb. Səfərdə “Atletik”I darmadağın edən “Mançester Yunayted” isə finala yüksəlmək yolunda böyük addım atıb.
Cavab qarşılaşmaları mayın 8-də keçiriləcək.
UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
1 may
"Tottenhem" (İngiltərə) – “Bodo Qlimt (Norveç) 3:1
Qollar: Conson, 1. Meddison, 34. Solanke, 61-pen – Saltnes, 83.
"Atletik" (İspaniya) – "Mançester Yunayted" (İngiltərə) 0:3
Qollar: Kazemiro, 30. B.Fernandes, 37-pen; 45.