"Herta"nın və Əlcəzair yığmasının yarımmüdafiəçisi İbrahima Maza "Bayer"ə keçib.
Fanat.Az xəbər verir ki, məlumatı Leverkuzen klubunun mətbuat xidməti yayıb.
Tərəflər arasında 2030-cu ilə qədər müddətə müqavilə imzalanıb.
19 yaşlı futbolçunun transferi 12 milyon avro dəyərində qiymətləndirilir.
Bu mövsüm o, 2-ci Bundesliqada 30 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Maza Berlində anadan olub və 11 yaşında "Herta"nın akademiyasına cəlb olunub.