İngiltərə Premyer Liqasının 34-cü turunda "Brentford" "Nottingem Forest"i 2:0 hesabı ilə məğlub edib.
Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, bu qarşılaşma Premyer Liqa tarixində ilklə əlamətdar olub.
Matçda ikinci qolu "Brentford"un hücumçusu Yoann Vissa vurub. Ona məhsuldar ötürməni qapıçısı Mark Flekken verib.
Bu, niderlandlının cari mövsüm Premyer Liqada 9-cu assisti olub. İndiyə qədər Premyer Liqada bir mövsümdə bu qədər ötürmə edən qolkiperin olmayıb.
Əvvəlki rekordlar 1992/93 və 2007/08 mövsümlərində qeydə alınıb. Həmin mövsümlərdə Premyer Liqa qapıçıları ümumilikdə 8 məhsuldar ötürmə edib.
Mirağa