Portuqaliyalı mütəxəssis Jorxe Jezuş işsiz qalıb.
Fanat.Az xəbər verir ki, o, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun baş məşqçisi postunu tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandanın müvəqqəti məşqçisi portuqaliyalının köməkçisi olan Məhəmməd əl-Şalhub olub.
Jezuş 2023-cü ildən "Əl-Hilal"a rəhbərlik edirdi. Sözügedən komanda ötən mövsüm onun rəhbərliyi altında Səudiyyə Ərəbistanı çempionluğunu və Kral Kubokunu qazanıb.
Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə “Əl-Hilal” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda 29 oyunda 62 xal toplayıb.