15:50 05.05.2025 237

Ənənəyə hörmət, "bir köynək yaxın" - Samir Abasov

"Reallıq budur ki, bu mövsüm bizim üçün qatar gedib". 

Bu etirafın müəllifi Samir Abasovdur. Hansı ki, hələ "Neftçi"nin baş məşqçisi postuna təyin olunanda qatar çoxdan relsdən çıxmışdı və bilinirdi ki, sonda qəza qaçılmazdır. Roman Qriqorçukun 9 turluq işi tam fiaskoyla nəticələnmişdi. Klubun ötən yay ukraynalının bütün istək-arzularını yerinə yetirməsinə rəğmən. Heyətə 9 yeni transfer (Edvin Kuç, Emil Səfərov, Ramil Şeydayev, Robert Bauer, Andrey Ştoqrin, Rüstəm Samiqullin, Rafael Quzzo, Mustafa Sek, Dembo Darbo) cəlb olunmuşdu. Amma 9 transfer 9 turda bir qələbə belə qazana bilmədi və Qriqorçuk komandanı 9-cu yerdə təhvil verib getməli oldu. 

Nəticədə "Neftçi" ötən mövsüm olduğu kimi, yenə avrokuboklardan kənarda qaldı. Bu gün əsas təzyiq baş məşqçiyə yönəlib. Amma görünən odur ki, rəhbərlik növbəti mövsümə Abasovla başlamaq niyyətindədir. Doğru qərardımı? Şübhəsiz! Niyələri sadalayaq...

Əməyə və...

Əlbəttə, ilk növbədə nəticə(sizlik) qabardılır. Amma müqayisə etsək, Samir Abasovun 24 oyunluq fəaliyyəti fiasko sayılmamalıdır. Ola bilsin, turnir cədvəlində 9-cu yerdən 6-cı pilləyə qədər məsafə mikraskopik irəliləyişdir. Bununla belə, ilk dövrədən sonra liderlə aradakı xal fərqinin 19-a, "üçlüy"ü qapayan rəqiblə 13-ə çatdığını nəzərə alsaq, çox şey itirilmişdi. 
10-33-cü turların nəticəsini müqayisə etsək, Samir Abasovlu "Neftçi" 24 oyunda 8 qələbə, 8 heç-heçə, 8 məğlubiyyətlik göstərici ilə yadda qalıb. Qalan 3 turun nəticəsini hesablamasaq, 24 oyunda əldə olunan 32 xal bakılıları daha önə itələyir. Başqa sözlə, bu müddəti özündə əks etdirən turnir cədvəlinə əsasən "Neftçi" 4-cü yeri tutur, "Turan Tovuz" (31 xal) və "Sabah"ı (26 xal) qabaqlayır. Üstəlik, bir addım irəlidə olan "Araz-Naxçıvan"dan cəmi 3 xal geri qalır. Göründüyü kimi, Samir Abasovun nəticələri birmənalı uğursuz sayılmamalıdır.
Baxmayaraq ki, qış fasiləsində Abasovun əli elə də gücləndirilmədi. Mark Tamaş və Kilan Lebon kimi oyunçuların gedişinə əngəl ola bilməyən "Neftçi" mövsümün ikinci yarısı ərəfəsində cəmi 4 yeni transfer reallaşdıra bildi. Bu mənada Ryonosuke Ohori, Elvin Camalov, Bassala Sambu və Aleks Fernandesin transferi daha çox itkiləri sığortalamağa hesablanmışdı. Qriqorçukla Abasovun legioner hücumçuları isə müqayisəyəgəlməzdir. Ştoqrin 27, Darbo 16 oyunda hərəyə 3 qol vurubsa, Sambu 11 matçda artıq 4 dəfə rəqib torunu silkələməyi bacarıb. Şəraitdən danışırıqsa, Qəbələyə sığınan "Neftçi"nin qış fasiləsində bir yoxlama oyunu belə keçirə bilməməsi qeyd olunmalıdır.  

...ənənəyə hörmət "Neftçi"dən,

Samir Abasov niyə növbəti mövsümdə də Bakı klubunda qalmalıdır? Əvvəla, o, "Neftçi"nin ruhuna bələddir. Bu klubda artıq bir dəfə özünü göstərmiş, çempion olmuş məşqçidir. Abasov yaxşı motivator, "Neftçi" isə əhval-ruhiyyə komandasıdır. Üstəlik, yerli mütəxəssisdir. Elə bu mövsümün medalçılarının böyük ölçüdə azərbaycanlı məşqçi olacağını nəzərə alsaq, Samir bəyə şans verilməsi ədalətli olar. "Neftçi"də müstəqillik dönəmində 9 çempionluğun hamısını elə yerli məşqçilər - Əhməd Ələsgərov (1), Kazbek Tuayev (3), Ağasəlim Mircavadov (1), Böyükağa Hacıyev (2), Arif Əsədov (1) və Samir Abasov (1) özü qazanıb. Odur ki, klubun ona bir köynək yaxın olan məşqçilərə güvənməsi qanunauyğundur. 

...Abasova məsləhət bizdən...

"Neftçi"yə yox, Samir Abasova tövsiyyəmiz var. Mətbuat çox vaxt ona dəstək verib, çünki qeyri-adi açıqlamaları ilə oxucular üçün maraqlı persona olub. Amma bəzən, xüsusilə də son dönəmdə mətbuata, o cümlədən futbolçulara yönəlik fikirləri, replikaları xoş qarşılanmır, şəxsinə qarşı tənqid və təzyiqlərə rəvac verir. Adətən gənc məşqçilər belə atmaca ilə gündəmə gəlməyə çalışır. Uzağa getməyək, Vaqif Cavadov "Sumqayıt"da işə başlar-başlamaz ona-buna atmacaları ilə diqqət çəkdi, ancaq bunun ziyanına işlədiyini tez anladı və başını aşağı salıb komandası ilə məşğul oldu. Abasov xarakterindəki çılğınlığı yaşından irəli gələn müdrikliklə cilovlamağı bacarsa, təmkinli davransa, azarkeşlərlə mehriban olsa, mediaya münasibətdə adekvat davranmaqla "Neftçi"nin mətbuat xidmətindəki samballı həmkarlarımızı çətin situasiyada qoymayıb onları dinləsə, arxasında böyük bir ordu olduğunu hiss edəcək. 

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 May 2025
22:14

"Mourinyu qorxunc məşqçidir" - Sabiq "Fənərbağça"lı

21:53

Mareska "Liverpul" üzərində qələbəni belə dəyərləndirdi

21:10

Azərbaycan millisinin Belarusla oyunlar üçün heyəti açıqlandı

20:45

"Bu mövsüm ən yaxşı futbolçumuz odur" - Koul Palmer

20:17

"350-də dayanmaq fikrim yoxdur" - Qara Qarayev

19:50

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq yarışları başa çatıb

19:22

"Mən o əclaf qədər yaxşı deyiləm"

18:50

"Bayern" 25 ildə etdiyini 100 ildə edə bilməmişdi

18:15

"Xoşbəxtlikdən İtaliya pasportum vaxtında hazır olmadı" - Rafinyadan etiraf

17:56

Millimizin oyunlarına hakim təyinatları bilindi

17:38

Levandovskinin "İnter"ə qarşı oynayıb-oynamayacağı bilindi - RƏSMİ

17:20

Dani Alves Rusiya klubuna keçir - Təsdiqləndi

17:02

Azərbaycan güləş məktəbinin yetirməsi olan dünya çempionu vəfat etdi

16:44

Klopp Fabreqasa zəng vuraraq bu klubu çalışdırmağı təklif etdi

16:26

“Azərlotereya” “Bakı Marafonu-2025”-də!

16:08

"İnter"in azarkeşi "Atalanta"nın fanatını bıçaqlayaraq öldürdü

15:50

Ənənəyə hörmət, "bir köynək yaxın" - Samir Abasov

15:31

Aleksander-Arnoldun bir ayağı "Real"da - İnsayder açıqladı

15:12

Amorim məğlubiyyətdən sonra bu mövsüm 1 qol vuran futbolçunu təriflədi

14:56

Mourinyu "Fənərbağça"da qalıb-qalmayacağı ilə bağlı suala belə cavab verdi

14:37

Edqar Adilxanovun son vəziyyəti nə yerdədir? - AÇIQLAMA

14:19

"Barselona"nın yarımmüdafiəçisi zədələndi

14:01

Aleksander-Arnold "Liverpul"dan ayrılacağını bəyan etdi

13:43

İngiltərə nəhəngi PSJ-nin idman direktorunu aparır

13:25

Azərbaycan Badminton Federasiyası beynəlxalq mükafata layiq görüldü

13:07

"Klopp mənə dedi ki..." - Arne Slot

12:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

12:31

Emin Mahmudov Tuayevi haqladı

12:13

Azərbaycanı Antalyadakı turnirdə təmsil edəcək güləşçilər bilindi

11:56

MPL-də son 11 mövsümün rekodu qeydə alındı

11:38

Qara Qarayev 350-yə çatdı

11:20

Avropa Kuboku: Azərbaycan cüdoçuları İstanbulda 7 medal qazandılar

11:02

Region Liqasında 1/4 final mərhələsi start götürdü

10:44

"İnter"in qol silahı "Barselona"ya qarşı oynaya biləcək? - AÇIQLAMA

10:25

London nəhəngi braziliyalı vingerlə güclənir

10:06

Premyer Liqada mövsümün rekordu qeydə alındı

09:47

"Böyük Dəbilqə": Azərbaycan millisi 4 medalla 2-ci oldu

09:25

"Bayer Leverkuzen" Bundesliqanın rekordunu təkrarladı

09:00

Vüsal həm qol vurdu, həm asist etdi, həm cəzalandı, Coşqun isə sonda yada düşdü

01:33

İspaniya La Liqası: "Real Madrid" 3 xalı 3 qolla qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X