Bu gün Misli Premyer Liqasında 34-cü tur start götürür.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış oyunu Masazırda baş tutacaq.
"Sabah" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. Saat 19:00-da start götürəcək oyunun baş hakimi Fərid Hacıyev olacaq.
Komandaların çempionatda demək olar ki, hədəfi qalmayıb. Ölkə kubokunun finalına yüksələn "Sabah" Premyer Liqada 41 xalla 5-ci pillədə qərarlaşıb. Onlar 4-cü yerdə olan "Turan Tovuz"dan 8 xal geri qalır. Premyer Liqada yerini təmin edən "Şamaxı" isə 36 xal toplayıb və 7-ci sıradadır.
Misli Premyer Liqası
34-cü tur
9 may
19:00. “Sabah” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə, Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Bank Respublika Arena”