Əfsanəvi niderlandlı futbolçu Yoop van Dele vəfat edib.
Fanat.Az xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.
Bu barədə "Feyenoord" klubunun mətbuat xidməti məlumat yayıb.
Van dele 10 il - 1967-1977-ci illərdə Rotterdam klubunda çıxış edib. Müdafiəçi Erediviziyada 144 matça çıxaraq 6 qol vurub.
Yoop "Feyenoord" klubu ilə Çempionlar Liqasının (1969/70), UEFA Kubokunun (1973/74) qalibi olub, həmçinin üç dəfə Erediviziyada qızıl medallara sahib çıxıb.