Azərbaycan I Liqasında 25-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, günün hər üç oyunu eyni vaxtda başlayıb.
MOİK autsayder "Qaradağ Lökbatan"ı səfərdə minimal hesabla məğlub edib. Premyer Liqaya vəsiqəni təmin edən "Karvan" "Zaqatala" ilə səfər oyununda darmadağına məruz qalıb. "Mingəçevir" isə növbəti mövsümdən elitanın debütantı olacaq digər komandadan - "İmişli"dən xal almağı bacarıb.
Birinci Liqa
25-ci tur
9 may
Qaradağ Lökbatan – MOİK 0:1
Qol: Sabir Allahquliyev, 60.
Zaqatala – Karvan 3:0
Qollar: J.Assumu, 60. C.Cəbrayılov, 64. C.Qurbanlı, 90.
Mingəçevir – İmişli 0:0
Turun digər oyunlarının nəticələri:
"Qəbələ" - "Cəbrayıl" 3:1
"Baku Sportinq" - "Difai" 1:2