Misli Premyer Liqasının 34-cü turunda daha bir sual öz cavabını tapdı. Uzun müddətdir ki, turnir cədvəlinin “zirzəmisindən” qurtulmağa çalışan “Səbail”in elitanı tərk etməsi rəsmiləşdi. Artıq bundan sonra “dənizçilər”i heç bir möcüzə xilas edə bilməz.
“Sabah” – “Şamaxı” 3:1
Qollar: İqor Noqeyra, 12; 72. Pavol Safranko, 90+3 - Leroy Mikels, 26.
“Sabah”: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 18. Pavol Safranko (k), 40. İqor Noqeyra, 3. Con İrasabal, 13. İvan Lepiniça, 12. Vinsent Till, 33. Umarali Raxmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 89. Rauf Əyyubov, 10. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 4. Sofian Çakla, 70. Cesse Sekidika, 99. Neqoş Kupusoviç, 83. Stefen Ende.
Baş məşqçi: Vasili Berezutski.
“Şamaxı”: 1. Rikardo Fernandes, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 6. Rauf Rüstəmli, 12. Maykl Tuik, 20. Leroy Mikels (k), 30. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 73. Elmar məmmədov.
Baş məşqçi: Ayxan Abbasov.
“Sabah” uzun fasilədən sonra inamlı qələbə qazandı. Heyətinə görə ilk “üçlük”də olacağı gözlənilən komanda bu mövsüm “sülhsevərliyi” ilə daha çox diqqət çəkdi. Elə “Şamaxı” ilə oyunun ssenarisi də buna yaxın idi. Noqeyranın erkən qoluna Mikels 14 dəqiqə sonra cavab verdi. Komandalar fasiləyə bərabərliklə yollandılar. Oyunda əsas hadisələr 72-ci dəqiqədən sonra baş verdi. Noqeyra məhz bu dəqiqədə “dubl”unu rəsmiləşdirdi. Təzyiqi artırıb, oyuna nəzarəti əlində saxlayan “Sabah”ın 3-cü qolunu Safranko son dəqiqələrdə vurdu. Bununla da “Sabah” 3:1 hesablı qələbəyə sevindi.
Xalını 44-ə çatdıran “Sabah” 5-ci pillədə möhkəmlənməklə yanaşı 4-cü pilləyə də bir qədər yaxınlaşdı. “Şamaxı” isə 36 xalla 7-ci sıradadır.
“Səbail” – “Zirə” 0:1
Qol: Davit Volkov, 90+2.
“Səbail”: 12. Əlirza Müştəbazadə, 22. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 16. Emin Rüstəmov, 10. David Qomis (k), 3. Dmitro Litvin, 7. Madi Queta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 67. Rəvan Abasov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 5. Gitay Sofir.
Baş məşqçi: Əbdülqəni Nurməmmədov.
“Zirə”: 41. Anar Nəzirov (k), 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 3. Ange Mutsinzi, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 29. Ceyhun Nuriyev, 53. Şahmar Aşurov, 91. Murad Ələkbərov, 48. Ramiz Muradov, 43. Əhliman Süleymanzadə, 4. Ruan Renato, 70. İssa Cibrila, 18. Martins Junior, 17. Ayron Qomis.
Baş məşqçi: Rəşad Sadıqov.
“Səbail”in növbəti mövsüm də elitada oynamaq ümidlərinin üzərindən “Zirə” xətt çəkdi. Daha doğrusu, onun gürcüstanlı legioneri Volkov. “Səbail” doğma meydanda qələbə qazanmaqla ümidlərini davam etdirmək fikrində idi. İnsafən, “dənizçilər” heç də pis təsir bağışlamır, rəqibin üzərinə gedirdilər. Bunda Rəşad Sadıqovun meydana daha çox əvəzedici qüvvəni buraxması da rol oynayırdı. Amma “Səbail” üstünlüyünü qola çevirə bilmədi və son dəqiqələrdə buraxdığı qolla məğlub oldu. Volkovun 92-ci dəqiqədə vurduğu qol yekun nəticəni müəyyənləşdirdi.
34 tur ərzində 22 xal toplayan “Səbail” artıq son pillədən qurtula bilməyəcək. Elə “Zirə” də bundan sonra yerindən tərpənən deyil. 70 xallı qəsəbə təmsilçisi hələ ötən tur gümüş medal qazanacağını rəsmiləşdirib.
“Turan Tovuz” – “Neftçi” 1:2
Qollar: Rəhim Sadıxov, 16 - Emin Mahmudov, 9. Dembo Darbo, 32.
“Turan Tovuz”: 41. Sergey Samok, 19. Orxan Əliyev, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 5. Roderik Miller, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.
“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 24. Mustafa Sek, 9. Bassala Sambu, 22. Dembo Darbo, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 67. Fariz Xeyrullayev, 78. Elcan Əbilov, 86. Aslan Şirinov, 47. Murad Məmmədov, 88. Andrey Ştoqrin, 18. Ryonosuke Ohori.
Baş məşqçi: Samir Abasov.
“Turan Tovuz”un bu dəfəki məğlubiyyəti komandanın baş məşqçisi Kurban Berdıyevi də utandırdı. Tovuz təmsilçisi doğma meydanda məğlub olmaqla 4-cü pilləni tutmaq vəzifəsini belə təhlükəyə atdı. İlk hissədə vurulan qollar görüşün nəticəsini də müəyyənləşdirdi. Emin Mahmudov cərimə zərbəsindən gözəl qola imza atdı. Rəhim Sadıxov 7 dəqiqə sonra bu qolun cavabını versə də, Dabro 32-ci dəqiqədə “Neftçi”ni yenidən hesabda önə keçirdi. Qalan müddət ərzində “Turan Tovuz” məğlubiyyətdən qaçmaq üçün çox çalışsa da, bunu bacarmadı.
49 xallı “Turan Tovuz” “Araz Naxçıvan”dan 6 xal geri qalmaqla 4-cü sırada yer alıb. Geridən gələn “Sabah” da artıq qərblilərə öz nəfəsini hiss etdirir. 40 xal toplayan “Neftçi” isə 6-cı pillədədir.
“Kəpəz” – “Sumqayıt” 1:0
Qol: Rauf Hüseynli, 11-pen.
“Kəpəz”: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 5. Rauf Hüseynli, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 19. Sadiq Şəfiyev, 11. Trent Buhagiar, 10. Karim Lkoça, 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat
5. Alan Dias, 23. Ronaldo Vaskez, 9. Bobir Abdixolikov.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 94. Rəşad Əzizli, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 12. Giorgi Karaişvili, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.
“Kəpəz” də növbəti qələbəsini qazanmaqla elitada qalmağa layiq olduğunu göstərdi. Bundan başqa yeni sponsorun gəlişinin, rəhbərliyin dəyişməsinin rəsmi açıqlanması da qələbə ilə qeyd olundu. Azər Bağırovun komandasını sevindirən qolu Rauf Hüseynli 11-ci dəqiqədə penaltidən vurdu. “Sumqayıt”ın bu qola cavab verməyə gücü çatmasa da, sona yaxın qonaqlar yaxşıca dava saldılar. Amma bu dava-dalaş da məğlubiyyətdən qaçmaq üçün yetərli olmadı. Beləcə “Sumqayıt” qərb səfərindən əliboş qayıtmaqla turnir cədvəlində bir pillə gerilədi.
Xalını 32-ə yüksəldən “Kəpəz” isə “Sumqayıt”ın yerini tutdu. Gəncə təmsilçisi indi 8-ci sıradadır. 30 xalı olan “Sumqayıt” isə 9-cu pilləyə düşüb.
“Qarabağ” – “Araz-Naxçıvan” 2:0
Qollar: Musa Qurbanlı, 35. Aleksey Kaşuk, 59
"Qarabağ": 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 6. Vadim Abdullayev (k), 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Qara Qarayev, 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.
Çempionluğu təmin edən “Qarabağ” “Araz Naxçıvan”la oyunda çətinlik çəkmədi. Qonaqlar bu görüşdə 1 xal qazanmaqla 3-cü pillədə əlçatmaz olacaqdılar. Amma məğlubiyyətdən qaçmaq mümkün olmadı. 35-ci dəqiqədə Musa Qurbanlı qolçuluq bacarığını işə salıb, hesabı açdı. Qoldan sonra qonaqlar bir qədər fəallaşıb, cavab qolunu vurmağa çalışdılar. Fasilədən sonra “Qarabağ” rəqibini əks-hücumda yaxaladı. Kaşuk ələ düşən fürsəti qaçırmadı və 59-cu dəqiqədə adını tabloya yazdırdı. 2:0 hesabı elə görüşün də yekun hesabı oldu.
34 turdan sonra çempion “Qarabağ”ın 83 xalı var. Bürünc medal qazanmağa yaxın olan “Araz Naxçıvan”ın isə 55 xalı var. Qalan iki tur ərzində 1 xal qazanmaq mövsümü mükafatla başa vurmaq üçün yetərlidir.
Amal Abuşov