Fransanın PSJ və İtaliyanın "İnter" klubları arasında baş tutacaq UEFA Çempionlar Liqasının finalına hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, həlledici qarşılaşma İştvan Kovaçın rəhbərlik edəcəyi rumıniyalı hakimlər briqadasına tapşırılıb.
Ona Mihay Marika və Ferens Tunyoqi kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Portuqaliyadan olan Juan Pineyru icra yetirəcək. Niderlanddan Dennis Hiqler və Rumıniyadan Katalin Popa VAR hakimi olacaqlar.
Qeyd edək ki, ÇL-in finalı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.