Karlo Ançelottinin köməkçisi və oğlu David atası ilə Braziliya millisinə yollanmayacaq.
Fanat.Az xəbər verir ki, o, Şotlandiya "Reyncers" komandasının baş məşqçisi ola bilər.
Bu barədə məlumatı AS yayıb. Xəbərə görə, italiyalı özü ilə yeni məşqçilər korpusu gətirəcək yeni baş məşqçi Xabi Alonsonun gəlişi ilə əlaqədar "Real Madrid"dən ayrılacaq. Oğul-Ançelotti “Reyncers”in baş məşqçisi postuna namizədlərdən biridir. Həmçinin, onun adı İtaliyanın "Komo" klubu ilə hallandırılır.
David Ançelotti uzun müddətdir ki, müstəqil məşqçilik karyerası haqda düşünür. Məşqçilik karyerası ərzində David atasının çalışdırdığı "Bayern Münhen", "Napoli", "Everton" və "Real Madrid"də köməkçi kimi işləyib.
Mirağa