Müdafiəçi Lukas Vaskes mövsümün sonunda azad agent kimi "Real Madrid"i tərk edəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən yayıb.
Mənbənin məlumatına görə, o, klublararası dünya çempionatında İspaniya nəhənginə kömək edəcək və bundan sonra yerini "Liverpul"dan keçidi artıq razılaşdırılmış Trent Aleksandr-Arnolda verəcək.
33 yaşlı Vaskes bu mövsüm "Real"ın heyətində 48 oyun keçirib, 2 qol vurub və 7 məhsuldar ötürmə edib. O, 2015-ci ilin yayından Madrid klubunda çıxış edir.
Mirağa