Almaniyanın "Şalke" klubu qapıçı Loris Kariusla bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, 2-ci Bundesliqa klubu onunla müqaviləni uzatmaq fikrində deyil.
Bu barədə "Sport.de" məlumat yayıb.
31 yaşlı qolkiper qışda kluba qoşularaq 6 aylıq müqavilə imzalayıb. Keçmiş "Liverpul"lu ilk turlarda müntəzəm oynasa da, o, mart ayında zədələnib və o vaxtdan bəri meydana çıxmayıb. Ümumilikdə Loris 2-ci Bundesliqada 4 oyun keçirib və 5 qol buraxıb.
Hazırda "Transfermarkt" Kariusu 800 min avro dəyərində qiymətləndirir.
O, karyerası ərzində “Nyukasl”, “Union Berlin”, “Beşiktaş”, “Maynts” və “Ştutqart”da da çıxış edib.
“Şalke” sona bir tur qalmış turnir cədvəlində hazırda 13-cü yerdədir.
Mirağa