"Liverpul" yeni transfer reallaşdırmağa yaxındır.
Fanat.Az xəbər verir ki, İngiltərə çempionu komandadan ayrılacağı dəqiqləşən Aleksandr-Arnold Trentin boşluğunu "Bayer"in sağ cinah müdafiəçisi Ceremi Frimponqla dolduracaq.
Bu barədə informasiyanı tanınmış insayder Fabrizio Romano paylaşıb. Transfer xəbərləri üzrə mütəxəssis "qırmızı-qaralar"ın 24 yaşlı niderlandlı ilə şifahi razılıq əldə etdiyini bildirib. Son danışıqlar tərəfləri transferə yaxınlaşdırıb. "Liverpul"un hələ də transferlə bağlı razılaşdırmadığı bəzi detallar var, lakin müqavilə razılaşdırılıb.
Ceremi Frimponq dörd il yarımdır ki, "Bayer"də oynayır. Bu müddət ərzində o, "əczaçılar"ın heyətində 190 matç keçirib, 30 qol vurub və 44 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsində 35-40 milyon avroluq satınalma maddəsi var.
Mirağa