"Barselona"nın hücumçusu Ferran Torres mövsümün qalan oyunlarını buraxacaq.
Fanat.Az xəbər verir ki,25 yaşlı futbolçu appendisitən əməliyyat olunub.
İnformasiyanı jurnalist Xavi Migel yayıb. Mənbənin məlumatına görə, forvard cari mövsüm başa çatana qədər sağalmayacaq. Beləliklə, "blauqrana" La Liqada "Espanyol" (15 may), "Vilyarreal" (18 may) və "Atletik Bilbao"ya (25 may) qarşı qalan La Liqa oyunlarında Torressiz kifayətlənməli olacaq.
Hans-Diter Flikin komandası bu gün "Espanyol"a qalib gəlsə, vaxtından əvvəl çempionluq titulunu qazanacaq.
Ferran Torres bu mövsüm bütün turnirlərdə 45 matçda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mirağa