Dortmund "Borussiya"sı yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Almaniya nəhəngi sol cinah müdafiəçisi Daniel Svenssonun daimi transferi üçün "Nordşelland" ilə razılığa gəlib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu fevral ayından icarə əsasında "arılar"da çıxış edirdi. Bundesliqa təmsilçisi futbolçunun çıxışından razı qaldığı üçün futbolçunu almaq bəndini aktivləşdirmək qərarına gəlib.
"Transfermarkt" transferin 6,5 milyon avroya reallaşdığını elan edib. Müdafiəçi ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.
Mirağa