"Las Palmas" 2024/25 mövsümünün sonunda La Liqanı tərk edəcək.
Fanat.Az xəbər verir ki, bu, çərşənbə günü İspaniya çempionatının 36-cı turunda "Alaves"in "Valensiya" üzərində 1:0 hesablı qələbəsindən sonra aydın olub.
"Alaves" La Liqanın bitməsinə iki tur qalmış 38 xalla etibarlı 17-ci pillədə qərarlaşıb. Hazırda 32 xalla 19-cu yerdə qərarlaşan "Las Palmas"ın xalları bərabər olsa da, şəxsi oyunların nəticələrinə görə artıq onları keçə bilməyəcək.
Beləliklə, Kanar adaları klubu La Liqada cəmi iki mövsüm qaldı. Keçən il o, 16-cı yeri tutmuşdu.
Ümumilikdə, "Las Palmas" 36 mövsüm İspaniyanın elit divizionunda çıxış edib. Ən yaxşı nəticə 1968/69 mövsümündə vitse-çempionluq olub.
Qeyd edək ki, "Las Palmas"dan əvvəl "Valyadolid" La Liqada qalmaq şansını praktiki olaraq itirmişdi.