"İnter Mayami"nin futbolçusu Lionel Messi "Barselona"nı La Liqanın qalibi olması münasibətilə təbrik edib.
Fanat.Az xəbər verir ki, Kataloniya nəhəngi ötən axşam 36-cı tur çərçivəsində "Espanyol"a qalib gələrək (2:0) çempionluğu təmin edib.
"Təbrik edirəm!" – Messi sosial şəbəkə hesabında sabiq komandasının qələbəsinə həsr olunmuş paylaşım edib. Onun paylaşımını 2 milyondan çox insan bəyənib.
Lionel Messi 13 yaşında "Barselona"nın sıralarına qoşulub. Ulduz forvard 2021-ci ildə doğma klubunu tərk edərək PSJ-yə keçib. Argentinalı 2023-cü ildən "İnter Mayami"də çıxış edir. "Barsa" tarixində 28-ci dəfə, Messi ilə yollarını ayırdıqdan sonra isə ikinci dəfə La Liqa çempionu oldu.
Mirağa