Misli Premyer Liqasının 35-ci turunda "Şamaxı"nın qonağı olacaq "Araz-Naxçıvan" oyuna ciddi itkilərlə hazırlaşır.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, heyətdə 5 itki var.
İki futbolçu cəza səbəbindən matçı buraxacaq. Müdafiəçi İqor Ribeyro ilə hücumçu Ramon Maçado ötən tur "Qarabağ"la oyunda aldıqları sarı vərəqələrə görə Şamaxıda komandaya kömək edə bilməyəcəklər.
Bundan başqa, baş məşqçi Elmar Baxşıyev Mustafa Əhmədzadə, Əyyub Allaş və Ramin Nəsirlinin xidmətindən yararlana bilməyəcək.
Qeyd edək ki, 17 mayda keçiriləcək "Şamaxı" - "Araz-Naxçıvan" qarşılaşması saat 17:00-da başlayacaq.
Mirağa