11:36 16.05.2025 229

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

Dünən Paraqvayda baş tutan FIFA-nın növbəti konqresi qurumun prezidenti Canni İnfantinonun gecikməsi səbəbindən üç saat gec başlayıb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Athletic" məlumat yayıb.

Mənbənin məlumatına görə, FİFA-nın bəzi avropalı üzvləri İnfantinonun gecikməsinə görə dünya rəhbər orqanının konqresini nümayişkaranə şəkildə tərk ediblər. Konkret, UEFA-nın səkkiz üzvü və bir neçə Avropa nümayəndəsi konfrans mərkəzinə qayıtmayıb. Onların arasında assosiasiyanın prezidenti Aleksander Ceferin və İngiltərə Futbol Assosiasiyasının (FA) prezidenti Debbi Hevitt də olub. Bunun etiraz aksiyası çərçivəsində baş verdiyi qeyd edilib.

Artıq UEFA bununla bağlı bəyanat yayıb: 

"FIFA Konqresinin cədvəlinə edilən son dəqiqə dəyişiklikləri çox təəssüf doğurur. FİFA Konqresi dünya futbolunun ən mühüm toplantılarından biridir və burada dünyanın bütün 211 ölkəsi taleyüklü məsələləri müzakirə etmək üçün bir araya gəlir.

Konqresin ev sahibləri, Paraqvay Futbol Federasiyası və KONMEBOL-dan olan tərəfdaşlarımız bu qədər nümayəndəni qəbul etmək üçün böyük səy göstərdilər və biz onlara qonaqpərvərliyə görə təşəkkür edirik.

Amma sırf şəxsi siyasi maraqlar üçün son anda cədvəlin dəyişdirilməsi futbola heç bir fayda vermir və görünür ki, onun maraqlarını ikinci yerə qoyur.

Biz hamımız öz mövqelərimizdə futbola xidmət edirik: küçələrdən tribunalara qədər. FIFA şurasının UEFA üzvləri bu səbəbdən futbolun başlıca amil olduğunu vurğulamağa və konqresi əvvəlcədən planlaşdırıldığı kimi tərk etməyə ehtiyac duydular”.

İddia olunur ki, İnfantinonun bu həftə Dohada və Qətərdə ABŞ prezidenti Donald Trampla görüşməyi üstün tutub. Bu isə avropalıların ürəyincə olmayıb.

Qeyd edək ki, FİFA Konqresi hər il üzv assosiasiyaların nümayəndələrini futbolla bağlı mühüm məsələləri müzakirə etmək və səs vermək üçün bir araya gətirir.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X