"Barselona"nın baş məşqçisi Hans-Diter Flikdən əvvəl yalnız bir alman məşqçi İspaniya çempionu olub.
Fanat.Az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Barselona"nın baş məşqçisi həmyerlisi Bernd Şusterin nailiyyətini təkrarlayıb.
Şuster 2008-ci ildə "Real Madrid" ilə La Liqanın qalibi olub.
"Barsa" derbidə "Espanyol"a qalib gələrək (2:0) vaxtından əvvəl çempion titulunu qazanıb. Kataloniyalılar 28-ci dəfə La Liqanın qalibi olub.
Mirağa