Cari mövsümün sonunda "Real"in baş məşqçi postunu tərk edəcək Karlo Ançelotti Madrid klubunu həmişəlik tərk etməyə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin məlumatına görə, 65 yaşlı italyan "Real"ın prezidenti Florentino Peres və klubun digər rəhbər şəxsləri ilə yaxşı münasibət saxlamağı bacarıb. Artıq tərəflər Ançelottinin DÇ-2026-dan sonra kluba mümkün qayıdışını müzakirə ediblər. Söhbət məşqçilikdən yox, klub rəhbərliyindəki vəzifədən gedir. İtalyan mütəxəssisin hansı vəzifəni tuta biləcəyi hələlik məlum deyil.
Ançelotti 2026-cı il dünya çempionatına hazırlaşan Braziliya millisini iyun ayından etibarən çalışdıracaq.
Mirağa