"Bayern Münhen"in vingeri Leroy Sanenin karyerası ilə bağlı qeyri-müəyyənlik davam edir.
Fanat.Az xəbər verir ki, Münhen nəhəngi 29 yaşlı futbolçuya xəbərdarlıq edib.
İnformasiyanı "German Sky" yayıb. Mənbənin məlumatına görə, Sane həftənin sonuna qədər, bu gün və ya sabah qərarını verməlidir.
"Bayern" Saneyə mövsüm başına 10 milyon avro maaş və 5,5 milyon avro bonus təklif edir. Futbolçu bu təklifi qəbul etmək fikrində deyil. Danışıqlarda irəliləyiş olmasa, futbolçu gələn yay "Bayern"i tərk edərək azad agentə çevriləcək.
Leroy Sane 2024/2025 mövsümündə 44 matça çıxaraq 13 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa