İngiltərə çempionatında 37-ci tur “Aston Villa” - “Tottenhem” matçı ilə start götürüb.
Fanat.Az xəbər verir ki, londonlular səfərdə qapısından iki cavabsız top buraxaraq uduzub.
"Squawka"-nın məlumatına görə, bu, Ange Postekoğlunun baş məşqçisi olduğu komandanın bütün yarışları nəzərə alsaq, bu mövsüm 25-ci məğlubiyyətini olub. Bu isə 1991/1992 mövsümündən bəri, son 33 ildə "Tottenhem"in ən pis nəticəsidir.
Həmin mövsüm İngiltərə Premyer Liqasını 15-ci pillədə başa vuran London nəhəngi hazırda turnir cədvəlində 17-ci yeri tutur.
“Tottenhem” iki dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Sonuncu dəfə bu, uzaq 1961-ci ildə reallaşıb.
Mirağa