"Real Madrid" klubu Rodriqonun komandadan ayrılacağı təqdirdə onu kiminlə əvəzləyəcəyini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, İspaniya nəhəngi "River Pleyt"in gənc istedadı Franko Mastantuono ilə ciddi maraqlanır.
İnformasiyanı "TyC Sports" yayıb. Mənbənin məlumatına görə, madridlilər artıq 17 yaşlı yarımmüdafiəçinin agentləri ilə əlaqə saxlayıblar. Tərəflər videobağlantı vasitəsilə danışıblar. "River Pleyt"in Mastantuononun üçün ən azı 45 milyon avro tələb edəcəyi bildirilir.
Mastantuono ilə PSJ, "Mançester Yunayted", "Atletiko Madrid" və "Milan" da maraqlanır.
Yarımmüdafiəçi cari Argentina çempionatının 11 matçında 3 qol vurub, 4 məhsuldar ötürmə edib.
Mirağa