Kamerunlu əfsanəvi futbolçu Emmanuel Kunde 68 yaşında vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə Kamerun Futbol Federasiyası məlumat yayıb.
Ölümün səbəbi barədə məlumat verilmir. Emmanuel Kunde 1990-cı il dünya çempionatında milli komandasının lideri olub və o, 1/4 finala yüksəlib. Kamerun həmin vaxt bu mərhələyə çatan ilk Afrika komandası olub.
Kunde 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatında da (Kamerunun debütü) oynyıbı və komanda ilə iki dəfə (1984 və 1988-ci illərdə) Afrika Millətlər Kubokunu qazandı.