Misli Premyer Liqasının 35-ci turunda “Şamaxı” ilə qarşılaşan "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşiyev oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, səfərdə 1:0 hesabı ilə qalib gəldikləri görüşlə bağlı belə danışıb:
“Ağır oyun alındı. Naxçıvan adına sevimdiricidir. Komanda olaraq daha yaxşı ola bilərik. Konfrans Liqasına vəsiqə qazandığımız üçün sevinirik. Avrokuboka hazırlıqla bağlı yaxın günlərdə rəhbərliklə görüşüb müzakirə aparacağıq.
Mən qarışıq, hamının müqaviləsi bitir. Yalnız Ribeyronun anlaşması qüvvədədir. "Qəbələ"nin elitadan düşməsində "payım" olsa da, "Araz-Naxçıvan" rəhbərliyi mənə güvənib dəvət etdi. Buna görə təşəkkürümü bildirirəm. Mənim təkliflərimi, layihəmi qəbul etsələr, davam etmək istəyirəm”.
Mirağa