Misli Premyer Liqasının 35-ci turunda səfərdə “Zirə” ilə qarşılaşan “Sabah”ın baş məşqçisi Vasili Berezutski matçı dəyərlındirib.
Fanat.Az xəbər verir ki, rusiyalı mütəxəssis 1:1 hesablı heç-heçə etdikləri görüşlə bağlı belə danışıb:
"Biz yaxşı oynadıq, daha çox qol imkanı yaratdıq. Təəssüf ki, onlardan yararlanmaq mümkün olmadı. Nəticədən razı deyiləm. Kubokun finalına çıxdıqdan sonra ora fokuslanmışıq, hazırlaşırıq".