İtaliya A Seriyasında 37-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün 9 matç baş tutub.
“Yuventus” Turində “Udineze”ni, “Roma” paytaxtda “Milan”ı üstələyib.
Çempionluğu hədəfləyən “İnter” və lider “Napoli” büdrəyiblər. “İnter” evdə “Latsio”nun, lider “Napoli” də səfərdə “Parma”nın öhdəsindən gələ bilməyib.
Lider “Napoli”nin 79, 2-ci yerdəki “İnter”in 78 xalı var. “Atalanta” 74 xalla 3-cü pillədə mövqe tutub. “Yuventus” 67, “Roma” 66, “Latsio” 65, “Fiorentina” və “Bolonya” 62, “Milan” 60 xal toplayıb.
İtaliya A Seriyası
37-ci tur
17 may
Cenoa – Atalanta 2:3
Qollar: Pinamonti, 37; 58 – Sulemana, 47. Maldini, 63. Reteqi, 89.
18 may
Roma – Milan 3:1
Qollar: Mançini, 3. Paredes, 58. Kristante, 87 – Feliks, 39.
Kalyari – Venesiya 3:0
Qollar: Mina, 11. Pikkoli, 41. Deyola, 71.
Fiorentina – Bolonya 3:2
Qollar: Parisi, 13. Riçardson, 67. M.Kin, 84 – Dallinqa, 61. Orsolini, 79.
İnter – Latsio 2:2
Qollar: Bissek, 45+2. Dumfris, 80 – Pedro, 72; 90-pen.
Yuventus – Udineze 2:0
Qollar: N.Qonsales, 61. Vlahoviç, 88.
Leççe – Torino 1:0
Qol: Ramadani, 46.
Montsa – Empoli 1:3
Qollar: Birindelli, 30 – Kolombo, 49. Viti, 51. Pissinyakko, 59-öz qapısına.
Parma – Napoli 0:0
Verona – Komo 1:1
Qollar: Lazoviç, 70 – Kakre, 29.