Yeni mövsümdən Xabi Alonsonun çalışdıracağı gözlənilən "Real Madrid" yeni səsküylü transferə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu iddianı "Football Insider" yayıb.
Mənbənin məlumatına görə, "Liverpul"un yarımmüdafiəçisi Aleksis Makallister karyerasını İspaniya nəhəngində davam etdirə bilər. Xabi Alonsonun Makallisterin keçidini həll etmək üçün "Liverpul"dakı əlaqələrindən istifadə etdiyi bildirilir.
26 yaşlı argentinalı bu mövsüm bütün turnirlərdə 49 matçda meydana çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. Makallisterin "Liverpul"la hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. "Transfermarkt" futbolçunun dəyərini 90 milyon avro qiymətləndirir.
Mirağa