"Liverpul"un sabiq çalışdırıcısı Yürgen Klopp tezliklə məşqçiliyə qayıdacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Stampa" yayıb.
Mənbənin iddiasına görə, alman mütəxəssis "Roma" ilə anlaşıb. O, bu yay “qurdlar”ın “sükanı arxası”nda Klaudio Ranyerini əvəz edəcək.
Qeyd edək ki, Klopp 2025-ci ilin əvvəlindən "Red Bull" futbol sistemində çalışır.
Yada salaq ki, Yürgen Klopp doqquz ilə yaxın çalışdığı “Liverpul”dan bir il əvvəl ayrılmışdı.
“Roma” A Seriyasının son turu öncəsi turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb və Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır.
Mirağa