"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyu iş yerini dəyşəcəyi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, qışda ona maraq göstərən bir klubla görüşdüyünü etiraf edən portuqaliyalı mütəxəssisin gələcəyi ilə bağlı fikirlərini "Talksport" belə çatdırıb:
"Mən açıq şəkildə inkar edə bilərəm ki, Portuqaliya Futbol Federasiyası ilə hər hansı əlaqəm olmayıb. Mən çox sadiq insanam.
Yalnız bir dəfə başqa klub mənə yaxınlaşmışdı, onda da dərhal prezidentə məlumat verdim. Yanvarda idi, bu faktla bağlı rəhbərliyə məlumat verdim, sonra görüşdüm və sonda təklifdən imtina etdim”.
Mourinyu klubuna hörmət əlaməti olaraq Türkiyədəki gələcəyini geniş müzakirə etmək istəməyib.
Qeyd edək ki, tanınmış mütəxəssis 2024-cü ilin yayından "Fənərbağça"da çalışır. İstanbul təmsilçisi 2024/25 mövsümündə çempionluq mübarizəsini "Qalatasaray"a uduzaraq turnir cədvəlini ikinci yerdə başa vurub.
Mirağa