İtaliya kubokunun finalında "Milan"ı məğlub edərək titul qazanan "Bolonya" yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sözügedən klub "Latsio"nun mərkəz müdafiəçisi Nikolo Kasaleni satın aldığını açıqlayıb.
Müqavilənin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir. Futbolçu keçən yay Roma təmsilçisindən icarə əsasında Boloniya klubuna keçmişdi.
Bu mövsüm o, bütün turnirlərdə 23 oyun keçirib, iki sarı vərəqə görüb.