"Milan"ın və Portuqaliya millisinin vingeri Rafael Leau karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı DAZN yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı forvardla "Atletiko Madrid" maraqlanır. İspaniya nəhəngi ulduz futbolçunun transferi üçün mümkün sövdələşmənin şərtlərini dəqiqləşdirib və yaxında rəsmi təklif göndərməyə hazırlaşır.
Leau 2019-cu ildən "Milan"da çıxış edir. Bu mövsüm o, İtaliya klubunda 50 oyun keçirib, 12 qol vurub və 12 məhsuldar ötürmə verib. "Transfermarkt" oyunçunun dəyərini 75 milyon avro qiymətləndirir.
Mirağa