"Milan" yeni idman direktorunun adını açıqlamağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, İtaliya klubunun idman direktoru vəzifəsi üçün İqli Tare ilə danışıqlar demək olar, tamamlanıb. Yalnız müqavilə üzrə bəzi formallıqlar qalır.
Tare İtaliya klublarında iş təcrübəsinə sahibdir. O, 2008-2023-cü illərdə "Latsio"da idman direktoru olub.
Hazırda "Milan"ın idman direktoru yoxdur.
“Milan” A Seriyasında 9-cu pillədə qərarlaşıb və növbəti mövsüm avrokuboklarda mübarizə aparmaq şansını itirib.
Mirağa