"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqhgem klublararası dünya çempionatından sonra çiynindən əməliyyat olunacaq.
Fanat.Az xəbər verir ki, İngiltərə millisinin üzvü 2023-cü ilin noyabr ayından çiyin zədəsindən əziyyət çəkir.
"The Athletic"-in məlumatına görə, əməliyyat iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək turnirdən sonraya planlaşdırılır. Əməliyyatdan sonrakı sağalma müddətinin 12 həftə çəkəcəyi təxmin edilir. Buna görə də Bellingem növbəti La Liqa mövsümünün startını qaçıra bilər.
Cud Bellingem bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 14 məhsuldar ötürmə edib. Futbolçunun "Real Madrid"lə müqaviləsinin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Mirağa