AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının 35-ci turundakı qayda pozuntuları müzakirə olunub.
Cərimələr baxımından tur kasad alınıb. Belə ki, cəmi iki klub ziyana düşüb.
“Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi qolub 800 manat cərimə edilib. “Şamaxı” – “Araz-Naxçıvan” oyununda isə meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə alıb ki, bu da 700 manat cərimə deməkdir.