“Tottenhem”in və Cənubi Koreyanın kapitanı Son Hın Min bir müddət əvvəl karyerasının ilk kubokunu qazanan Harri Keyni təbrik etmədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə BBC-yə danışan vinger sabiq komanda yoldaşı ilə əlaqə saxlamamasının səbəbini deyib:
"Keyni təbrik etmişəm? Xeyr. O, indi tətildədir və mənim ona təbrik yazmağımı istəmir".
Qeyd edək ki, Harri Keyn "Bayern Münhen" ilə Almaniya çempionu olub. Bu, onun bütün karyerasında ilk tituldur. 31 yaşlı ingilis cari Bundesliqa mövsümündə 31 oyun keçirib və 26 qol vurub.
Son və Keyn 2015-2023-cü illərdə "Tottenhem"də birgə çıxış ediblər. Cənubi koreyalı vinger London klubunda 173, ingilis forvard isə 280 qol vurub.
Mirağa