"Real Madrid" tezliklə yeni transfer reallaşdıracaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Chiringuito" yayıb.
Mənbənin məlumatına görə, Almaniyanın "Bayer" klubunda çıxış edən müdafiəçi Pyero İnkapye klubunu dəyişəcək. 23 yaşlı futbolçunun hazırda Madriddə olduğu bildirilir.
Xatırladaq ki, yaxın vaxtda Leverkuzen klubununn baş məşqçisi Xabi Alonso Madrid nəhənginin sükanı arxasında Karlo Ançelottini əvəz edəcək.
İnkapye bu mövsüm 45 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 60 milyon avro qiymətləndirilir.
Mirağa